Yuxarı
    Bağlamaq

    ​"Seltik" klubunun məşqçisi: ""Qarabağ" bizim Çempionlar Liqasındakı hədəflərimiz üçün təhlükədir"

    Ronni Deyla: Qarabağ kifayət qədər güclü texnikiya malik komandadır

    Bakı.27iyul.REPORT.AZ/ Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla oyunçularına Azərbaycanın "Qarabağ" klubunun Çempionlar Liqasında komandasının hədəfləri üçün böyük təhlükə yaratdığını bildirib.

    "Report"un Daily Record-a istinadən verdiyi xəbərə görə, R.Deyla qeyd edib ki, Reynaldo kimi hücumçusu olan "Qarabağ" komandası ilə oyunda onun klubu daim ayıq olmalıdır.

    "Biz bazar ertəsi və ya çərşənbə axşamı oyunçularımıza "Qarabağ" klubunun oyunlarının videogörüntülərini göstərmək niyyətindəyik. Bu, bizim üçün çox böyük çağırış olacaq",- baş məşqçi bildirib. O vurğulayıb ki, "Qarabağ" kifayət qədər güclü oyun texnikasına malik komandadır.

    R.Deyla deyib ki, tərkibində bir neçə braziliyalı və bir ispan oyunçusu olan "Qarabağ" hücum üslubunda oyun nümayiş etdirməyə üstünlük verəcək.

    "Komandanın müdafiəçiləri kifayət qədər aqressivdilər, ona görə də, oyunda müxtəlif taktiki gedişlərdən istifadə olunacaq və matç yüksək tempdə keçəcək", - o bildirib.

    Mütəxəssis deyib ki, "Qarabağ" klubu tədricən öz göstəricilərini yüksəldən bir komandadır, ona görə də, qarşıdakı oyun "Seltik" üçün çətin olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi