Səlahət Ağayev: "Uels yığmasının təqdimata ehtiyacı yoxdur"

Səlahət Ağayev: "Uels yığmasının təqdimata ehtiyacı yoxdur" Bizi çətin oyun gözləyir. Rəqibin təqdimata ehtiyacı yoxdur. Bakıya müsbət nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik.
Futbol
5 Sentyabr , 2019 22:26
Səlahət Ağayev: Uels yığmasının təqdimata ehtiyacı yoxdur

"Bizi çətin oyun gözləyir. Rəqibin təqdimata ehtiyacı yoxdur. Bakıya müsbət nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik".

"Report"un Kardiffə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunları Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev səfərdə Uels yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyununda əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

"Neftçi"in qolkiperi yığmada heç bir psixoloji gərginliyin olmadığını deyib və oyuna tam hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi