Şəhriyar Məmmədyarovun FIDE reytinqindəki mövqeyi dəyişməyib

Şəhriyar Məmmədyarovun FIDE reytinqindəki mövqeyi dəyişməyib Bakı. 30 noyabr. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Futbol
30 Noyabr , 2018 19:11
Şəhriyar Məmmədyarovun FIDE reytinqindəki mövqeyi dəyişməyib

Bakı. 30 noyabr. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.

“Report”un məlumatına görə, kişi şahmatçıların ilk “100-lüy”ündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 3 reytinq xalı itirsə də2820 xalla 3-cü pillədə qalıb. Siyahıya 2835 xalla norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana isə 2832 xalla 2-ci yerdədir.

Teymur Rəcəbov Arkadi Naydiçin də reytinqdəki mövqeyi dəyişməyib. Rəcəbov 1757 xalla 14-cü, Naydiç isə 2736 xalla 20-cidir. Azərbaycan kişi şahmatçılarından yalnız Rauf Məmmədov iki pillə geriləyib. O, 2703 xalla 42-ci pillədədir. 

Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır. 

Qadınların “100-lüy”ündə isə Azərbaycanın 3 şahmatçısı yer alıb. Günay Məmmədzadə bir pillə geriləyərək 2422 xalla 47 pillədə qərarlaşıb. Aktivində 2397 xal olan Xanım Balacayeva isə bir pillə irəliləyib və 62-ci pilləyə yüksəlib. Gülnar Məmmədova isə iki pillə geriləyib və 2368 xalla 99-cu yerdə qərarlaşıb. 

Qadınların siyahısına 2662 xalla çinli Hou İfan başçılıq edir.

Son xəbərlər

Orphus sistemi