Yuxarı

"Səbail" komandası Qəbələdə 2 futbolçu itkisi ilə üzləşib

"Səbail" Qəbələdə 2 futbolçusunu itirdi

"Səbail" komandası futbolçu itkiləri ilə ilə üzləşib.

"Report"un məlumatına görə, "dənizçilər"in bombardiri Ağabala Ramazanov və gənc yarımmüdafiəçi Əli Sadıxov "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XI tur matçında cəzalanıblar. Ramazanov növbəti sarı vərəqə alaraq cəzalı duruma düşüb. Sadıxov isə rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün qırmızı vərəqə alıb. Hər iki oyunçu XII turda "Sabah"la ev matçını buraxacaq.

Qeyd edək ki, hazırda Qəbələ şəhər stadionunda keçirilən matçda "Səbail" 0:2 hesabı ilə geridədir. Ağabala Ramazanov hələlik 3 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi