"Səbail" - "Krayova" matçının stadionu müəyyənləşib

"Səbail" - "Krayova" matçının stadionu müəyyənləşib Səbailin Bakıda Rumıniyanın Krayova komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.
Futbol
19 İyun , 2019 12:57
Səbail - Krayova matçının stadionu müəyyənləşib

"Səbail"in Bakıda Rumıniyanın "Krayova" komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.

Klubdan "Report"a verilən məlumata görə, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv iyulun 11-də rəqibini "ASCO Arena"da ("Bayıl Arena") qəbul edəcək. UEFA qəsəbə təmsilçisinə I təsnifat mərhələsindəki oyunu süni ot örtüklü meydanda keçirməyə icazə verib. 

Qeyd edək ki, cavab görüşü iyulun 18-də Yon Oblemenko stadionunda keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi