Yusif Həsənov: "Səbail" klubunun əsas məqsədi gənc futbolçulara yardım etməkdir"

Yusif Həsənov: "Səbail" klubunun əsas məqsədi gənc futbolçulara yardım etməkdir" "Komandanın qarşıdakı 3 mövsüm ərzində avrokuboklara vəsiqə qazanması gözlənilmir"
Futbol
19 İyul , 2016 20:50
Yusif Həsənov: Səbail klubunun əsas məqsədi gənc futbolçulara yardım etməkdir

Bakı. 19 iyul. REPORT.AZ/ "Səbail" klubunun əsas məqsədi gənc futbolçulara yardım etməkdir".

"Report"un məlumatına görə, bunu klubun İdarə Heyətinin sədri Yusif Həsənov bildirib. 

O deyib ki, komandanın qarşıdakı 3 mövsüm ərzində avrokuboklara vəsiqə qazanması gözlənilmir: "Oğlanlar arasında 2 yaş qrupu ilə yanaşı, qızlar komandası da fəaliyyət göstərəcək. Klubu yaxın 5 ildə yüksək zirvələrdə görmək istəyirik".

Klubun İdarə Heyətinin üzvü T.Həsənov isə deyib ki, digər klubların 18 yaşadək futbolçularını komandaya cəlb etmək üçün onlarla danışıqlara başlanılacaq: "Bu komandanın "Şəfa"dan fərqi ilk növbədə bunda olacaq. Klublar razılıq versələr, komandaya gətirəcəyik. Digər fərq isə bir neçə yaş qrupu üzrə komandamızın fəaliyyət göstərəcəyidir".

"Səbail" ev oyunlarını süni örtüklü "Bayıl Arena"da keçirəcək. T.Həsənov xatırladıb ki, bütün uşaq futbolçuların, hətta "Barselona" akademiyasında belə uşaqlar süni örtüklü meydanda oynayırlar. 

Komandanın baş məşqçisi Elman Sultanov isə üzərində təzyiq olacağını, amma bunu təbii qarşılayacağını vurğulayıb. O, məqsədlərinin Premyer Liqaya vəsiqə qazanmaqdan ibarət olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi