Yuxarı
    Bağlamaq

    "Səbail" klubu "Qarabağ"ın oyununa getmək istəyən jurnalistlər üçün avtobus ayırıb

    Aslanlar sentyabrın 15-də Bayıl Arenada MOİK-i qəbul edəcəklər

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Yeni yaradılan "Səbail" futbol klubu Azərbaycan I Divizionundakı ilk ev oyununa jurnalistləri dəvət edib. 

    "Report"un məlumatına görə, "aslanlar" sentyabrın 15-də "Bayıl Arena"da MOİK-i qəbul edəcəklər.

    Saat 15:30-da başlanacaq görüşün ardından mətbuat konfransı təşkil olunacaq. Daha sonra xüsusi ayrılmış avtobus jurnalistləri "Dalğa Arena"da "Qarabağ"la Çexiya "Slovan"ı arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin oyununa aparacaq. Bu görüşün start fiti saat 19:00-da çalınacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi