"Səbail” klubu I Divizionun lideri ilə heç-heçə edib

"Səbail” klubu I Divizionun lideri ilə heç-heçə edib "Turan Tovuz”la oyunda hesab açılmayıb
Futbol
9 Mart , 2017 23:04
Səbail” klubu I Divizionun lideri ilə heç-heçə edib

Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I divizionunda XIX tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub.

"Qaradağ Lökbatan” evdə "Şahdağ” 2:1, "Ağsu” isə səfərdə "Energetik”i 2:0 hesabı ilə məğlub edib. "Göyəzən” "Şərurspor” görüşündə isə qalib müəyyənləşməyib – 3:3.

Turun mərkəzi qarşılaşması sayılan "Səbail” – "Turan Tovuz” matçında da qalib müəyyənləşməyib. 45 xalla lider olan Qərb təmsilçisi ilə 40 xalla 2-ci sırada qərarlaşan paytaxt klubunun oyununda qapılara qol vurulmayıb.

I divizion, XIX tur

9 mart

"Qaradağ Lökbatan” – "Şahdağ” 2:1

Qollar: Sabir Allahquliyev, 6; Sergey Markelov, 76 - Elmar Yəhyabəyov, 84

"Göyəzən” – "Şərurspor” 3:3

Qollar: Orxan İsmayılov, 14; Ruslan Məmmədov, 15; Azad Böyükkişiyev, 80 (p.) - Rəsul Babazadə, 22, 63; Mətin Əbilsoy, 76

"Energetik” – "Ağsu” 0:2

Qollar: Ramil Əliyev, 26; Allahverdi Allahverdiyev, 44 – öz qapısına

"Səbail” – "Turan Tovuz” 0:0

Son xəbərlər

Orphus sistemi