"Səbail" klubu gürcüstanlı və moldovalı futbolçularla müqavilə bağlayacaq

"Səbail" klubu gürcüstanlı və moldovalı futbolçularla müqavilə bağlayacaq Bu barədə komandanın baş məşqçisi Samir Əliyev məlumat verib
Futbol
24 Yanvar , 2018 11:03
Səbail klubu gürcüstanlı və moldovalı futbolçularla müqavilə bağlayacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Səbail” klubu iki futbolçu ilə müqavilə bağlayacaq.

Bu barədə “Report”a komandanın baş məşqçisi Samir Əliyev məlumat verib. O bildirib ki, Premyer Liqanın debütantı bir müddətdir baxışda olan gürcüstanlı müdafiəçi Nikolas Apakidze və komandaya yeni qoşulan Moldova yığmasının yarımmüdafiəçisi Yevgeni Koçukla münasibətləri rəsmiləşdirəcək. Hər iki futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə bağlanılacaq.

Qeyd edək ki, “Səbail” qış fasiləsində Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Neftçi"), Fəhmin Muradbəyli (“Neftçi”, icarə), Kərim Diniyev ("Kəpəz") və Ruslan Əmircanovu heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi