"Səbail" klubu daha iki futbolçu transfer edib

"Səbail" klubu daha iki futbolçu transfer edib I Divizion təmsilçisi gənc müdafiəçilər Eltun Yaqublu ilə Samir Əhmədovu heyətinə cəlb edib
Futbol
11 Yanvar , 2017 20:37
Səbail klubu daha iki futbolçu transfer edib

Bakı. 11 yanvar. REPORT.AZ/ "Səbail" klubu qış fasiləsində daha iki transfer həyata keçirib. 

"Report"un məlumatına görə, Azərbaycan çempionatıbnın I Divizion təmsilçisi gənc müdafiəçilər Eltun Yaqublu ilə Samir Əhmədovu heyətinə cəlb edib.

24 yaşlı Yaqublu "Neftçi"dən mövsümün sonuna kimi icarəyə götürülüb. Bu klubun yetirməsi olan Eltun daha öncə "Neftçi", AZAL və "Qarabağ" klublarının şərəfini qoruyub. O, eyni zamanda U-17 və U-19 millilərimizin də formasını geyinib.

22 yaşlı Əhmədovla 1 illik müqavilə imzalanıb. "Neftçi"nin yetirməsi olan Samirin son klubu "Qaradağ Lökbatan" olub. O, eyni zamanda U-17 və U-19 millilərimizin də şərəfini qoruyub.

Qeyd edək ki, "Səbail" qış fasiləsində artıq 6 yeni futbolçu ilə güclənib. 

Son xəbərlər

Orphus sistemi