"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb

"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb Ağakərimzadənin müqaviləsinə vaxtından əvvəl xitam verilib
Futbol
25 Dekabr , 2017 16:11
Səbail klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Bakı. 25 dekabr. REPORT.AZ/ “Səbail” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

"Report"un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Yamin Ağakərimzadənin müqaviləsinə vaxtından əvvəl xitam verilib.

Bununla bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib. 

Qeyd edək ki, “Səbail” qış fasiləsində Amit Quluzadə və litvalı Edqaras Jarskislə yollarını ayırıb. Təyyar Məmmədovun isə icarə müqaviləsinin müddəti uzadılmayıb.

Son xəbərlər

Orphus sistemi