"Səbail" klubu 9-cu futbolçu transfer edib

"Səbail" klubu 9-cu futbolçu transfer edib 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb
Futbol
17 Yanvar , 2017 12:47
Səbail klubu 9-cu futbolçu transfer edib

Bakı. 17 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində Azərbaycan I Divizionunun ikinci dövrəsinə hazırlıqlarını davam etdirən "Səbail" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, "Qaradağ Lökbatan"dan yarımmüdafiəçi mövqeyində çıxış edən Tanrıverdi Məhərrəmli transfer olunub.

İndiyədək "Ağsu" və "Qaradağ Lökbatan"ın şərəfini qoruyan 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi