"Səbail"in yeni transferi Türkmənistanda ilin ən yaxşı futbolçuları siyahısına düşüb

"Səbail"in yeni transferi Türkmənistanda ilin ən yaxşı futbolçuları siyahısına düşüb O, 15 səslə 8-ci olub
Futbol
20 Fevral , 2018 12:14
Səbailin yeni transferi Türkmənistanda ilin ən yaxşı futbolçuları siyahısına düşüb

Bakı. 20 fevral. REPORT.AZ/ "Səbail" klubunun yeni transferi Vaxıt Orazsaxedov Türkmənistanda 2017-ci ilin ən yaxşı futbolçuları siyahısına düşüb.

"Report"un məlumatına görə, "turkmenportal.com"un oxucular arasında keçirdiyi sorğuda 26 yaşlı hücumçu ilk "10-luğ"a daxil olub. O, 15 səslə 8-ci olub.

Türkmənistanın "Şaqadam" klubunda çıxış edən Əmir Qurbani 191 səslə birinci, "Axal"dan Murad Annayev 99 səslə ikinci, "Şaqadam"ın digər oyunçusu Süleyman Muxadov isə 27 səslə üçüncü yeri tutub.

Qeyd edək ki, Rusiyanın "Rubin", Moldovanın "Daçiya" və Türkiyənin "Osmanlıspor" klublarının şərəfini qorumuş Vaxıt Orazsaxedov 3 dəfə Türkmənistan milli komandasının da formasını geyinib. O, millidə 2 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi