"Səbail"in bir neçə futbolçusu "Neftçi" ilə matçda oynamayacaq

"Səbail"in bir neçə futbolçusu "Neftçi" ilə matçda oynamayacaq Səbail Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə qarşılaşacağı Neftçi ilə oyuna itkilərlə çıxacaq.
Futbol
30 Noyabr , 2019 13:12
Səbailin bir neçə futbolçusu Neftçi ilə matçda oynamayacaq

"Səbail" Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə qarşılaşacağı "Neftçi" ilə oyuna itkilərlə çıxacaq. 

Bu barədə "Report"a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. 

Otuz səkkiz yaşlı mütəxəssis bildirib ki, zədəli oyunçular İqor Korotetski və Mirabdulla Abbasova bir neçəsi də əlavə olunub: "Zirə" ilə matçdan sonra Fəhmin Muradbəyli boyun hissəsində ağrılar hiss edir. Bundan əlavə, Yevgeni Koçukun da durumu yaxşı deyil. Ayağında ağrı var. Elvin Yunuszadə də zədəli oyunçulardandır. Bizə yaxınlaşaraq ağrılarının olduğunu dedi və böyük ehtimalla oynamayacaq".

Qeyd edək ki, dekabrın 1-də keçiriləcək "Səbail" - "Neftçi" matçı saat 15:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi