"Səbail"in baş məşqçisi kapitanın himni oxumamasına münasibət bildirib

"Səbail"in baş məşqçisi kapitanın himni oxumamasına münasibət bildirib Qəbələ. 12 avqust. REPORT.AZ / Çətin oyunun olacağı gözlənilirdi. Oyunumuzu matçdan-matça yaxşılaşdırmağa çalışacağıq. Yaxşı vəziyyətlərimiz də oldu. Ancaq əlbəttə, səhvlərimiz də var və onları təhlil edəcəyik.
Futbol
12 Avqust , 2018 21:56
Səbailin baş məşqçisi kapitanın himni oxumamasına münasibət bildirib

Qəbələ. 12 avqust. REPORT.AZ / "Çətin oyunun olacağı gözlənilirdi. Oyunumuzu matçdan-matça yaxşılaşdırmağa çalışacağıq. Yaxşı vəziyyətlərimiz də oldu. Ancaq əlbəttə, səhvlərimiz də var və onları təhlil edəcəyik".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. Hacıyev daha sonra sualları cavablandırıb...

- İstədiyiniz komandanın neçə faizini gördünüz?

- Son 2 həftədir komandanı formalaşdırmışıq. İlk matçımız "Sabah"la yoldaşlıq görüşü idi. Bu, ikinci matçımızdır. Əlbəttə, bu, görmək istədyim "Səbail" deyil. Daha yaxşı komandanı görəcəyinizə söz verirəm.

- Bu çempionatda hansı yerə ümid edirsiniz?

- İndidən bir söz demək çətindir. Komandalar güclənib. Proqnoz verməyi xoşlamıram.

- Komandanı meydana kapitan kimi çıxaran Rahid Əmirquliyev dövlət himnini oxumaması ilə yenə diqqət mərkəzinə düşdü. Bir baş məşqçi kimi bunu necə qarşılayırsınız?

- Rahidin himnimizi oxuyub-oxumadığını deyə bilmərəm. Bunu özündən soruşsanız, yaxşıdır. Əmirquliyev nümunə göstərdiyimiz futbolçulardandır. O, xasiyyətinə, davranışına görə həmişə örnək olub. Düşünümürəm ki, hörmətsizlik etsin.

Son xəbərlər

Orphus sistemi