"Səbail"in baş məşqçisi: "Bəzi futbolçulara xəbərdarlıq olunub"

"Səbail"in baş məşqçisi: "Bəzi futbolçulara xəbərdarlıq olunub" Bakı. 24 dekabr. REPORT.AZ/ Hazırda iki nəfərlə yollarımızı ayırmağı düşünürük. İstəyən klub tapılsa, Murtuz Abakarov və Tamazi Tsetsxladze komandamızdan ayrıla bilər.
Futbol
24 Dekabr , 2018 13:29
Səbailin baş məşqçisi: Bəzi futbolçulara xəbərdarlıq olunub
Aftandil Hacıyev

Bakı. 24 dekabr. REPORT.AZ/ "Hazırda iki nəfərlə yollarımızı ayırmağı düşünürük. İstəyən klub tapılsa, Murtuz Abakarov və Tamazi Tsetsxladze komandamızdan ayrıla bilər". 

Bunu "Report"a açıqlamasında "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev deyib. 37 yaşlı mütəxəssis belə qərarı hər iki legionerin daha az oynamaları səbəbindən qəbul etdiklərini vurğulayıb: "Klub tapılmasa, onlar komandada qalacaqlar. Hər iki oyunçunun "Səbail"lə müqavilələri var. Daha çox oynamaları üçün deyirik ki, başqa bir komandada özlərini sınasınlar".

Heyətlərinin çox da geniş olmadığını söyləyən A.Hacıyev "Yeni oyunçu əldə etməyincə, kimlərləsə yollarımızı ayırmaq barədə düşünmürük. Qış fasiləsində oyunçu almağın çətin olduğunu hamı bilir" deyə əlavə edib.  

Baş məşqçi hazırda yeni oyunçu axtarışında olduqlarını sözlərinə əlavə edib: "Onların aralarında yerli və əcnəbi futbolçular da var. Amma bəyəndiyimiz oyunçuların da klubları ilə müqavilələri mövcuddur. Bu yöndə danışıqlarımız davam edir. İstədiyimiz legionerlər digər ölkələrdə çıxış edənlərdir. Komandamıza hücumçu və mərkəz müdafiəçiləri cəlb etməyi istəyirik. Hələ ki, danışıqların ilkin mərhələsidir".

Gənc mütəxəssis Azərbaycan Premer Liqasında mövsümün ilk yarısının sonlarında cəzalandırdığı Ruslan Qurbanovla iki qırmızı vərəqə alan Tome Kitanovskiyə ciddi xəbərdarlıq etdiklərini də diqqətə çatdırıb: "Təkcə Ruslanla yox, digər futbolçulardan bəziləri ilə də özlərini yaxşı tərəfdən göstərmədikləri üçün söhbətim olub. Heç kiminlə yollarımızı ayırmağı düşünmürük, amma bütün futbolçulara bu barədə xəbardarlıq olunub. Kitanovski kubukun 1/4 final mərhələsinin ilk oyununda qırmızı vərəqə aldı və cavab matçında iştirak edə bilmədi. Buna görə ona da xəbardarlıq etmişik". 

Son xəbərlər

Orphus sistemi