"Səbail"in baş məşqçisi: "Deyə bilmərəm ki, komandama görə utanıram"

"Səbail"in baş məşqçisi: "Deyə bilmərəm ki, komandama görə utanıram" Bakı. 29 sentyabr. REPORT.AZ/ İlk növbədə rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bu gün meydanda yalnız Neftçi var idi. Bilirdik ki, Neftçi rəqibin səhvlərindən yararlanmağı bacarır. Eyni səhvləri bizimkilər də təkrarladılar. Xüsusilə də müdafiəçilərdən narazı qalıdm.
Futbol
29 Sentyabr , 2018 21:44
Səbailin baş məşqçisi: Deyə bilmərəm ki, komandama görə utanıram
Aftandil Hacıyev

Bakı. 29 sentyabr. REPORT.AZ/ "İlk növbədə rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bu gün meydanda yalnız "Neftçi" var idi. Bilirdik ki, "Neftçi" rəqibin səhvlərindən yararlanmağı bacarır. Eyni səhvləri bizimkilər də təkrarladılar. Xüsusilə də müdafiəçilərdən narazı qalıdm. 

Bu gün arxa xətt oyunçularını tanımadım. Heyətdə itkilərimiz vardı. Ancaq bu, rəqibin layiqli qələbəsinə səbəb deyil. Oyunun taleyini "Neftçi"nin fərdi ustalığı ilə seçilən futbolçuları həll etdi".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Oyuna baxaraq fikirləşirdiniz ki, bu komandanın Premyer Liqada nə işi var?

- Əlbəttə, 0:4 hesablı məğlubiyyət yaxşı hal deyil. Lakin futbolçularıma bir oyunla qiymət vermirəm. Bu çempionatda 4 qol vurmaq mümkündür. Məsələn, "Sabah" gözlənilmədən "Sumqayıt"a evdə 1:4 hesabı ilə uduzdu. Bu gün fərdi səhvlərimiz öz sözünü dedi və sonrakı dəqiqələrdə planlarımız pozuldu. 70-ci dəqiqədə 3 əvəzləmə etdim. İmkanım olsaydı, yenə edərdim. Ancaq deyə bilmərəm ki, komandama görə utanıram. "Səbail"i "Neftçi" ilə müqayisə etmək düzgün olmazdı.

- Bundan sonra istədiyiniz "Səbail"i görə biləcəyik?

- Oyunların yarısında yaxşı oynamışıq. Lakin komandamızda stabillik çatışmır. Süni meydanda məşq edərək birdən-birə təbii ota keçmək çox çətindir. Bunu hiss etdik. Küləkli hava olduğundan, süni otda məşq etməli olduq. Amma bunlar məğlubiyyətə bəraət qazandırmır. Bakı Olimpiya Stadionunda məşq edərkən, topu saxlamaq olmurdu. Oyuna istədiyimiz kimi hazırlaşa bilmədik.

- Son məşqi burda etməmisiniz?

- "Neftçi” tərəfi dedi ki, özləri də burda məşq etməyiblər. Ardıcıl 2 gün yükləmələr oldu. Komandada az olmağım öz təsirini göstərdi. Bu oyundan sonra rəhbərliklə görüşüm olmayıb. Ancaq bundan qabaq pozitiv söhbətlərim olub. Mehriban kollektiv yaratmaq tapşırılıb. Gələcəyi zaman göstərəcək.

Son xəbərlər

Orphus sistemi