“Səbail” İsveçrə klubu ilə heç-heçə oynayıb

“Səbail” İsveçrə klubu ilə heç-heçə oynayıb Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu bu gün ikinci yoxlama oyununa çıxıb.
Futbol
19 Yanvar , 2019 19:45
“Səbail” İsveçrə klubu ilə heç-heçə oynayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu bu gün ikinci yoxlama oyununa çıxıb.

"Report"un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv İsveçrə “Sürix”i ilə qarşılaşıb.

“Miracle Resort” İdman Kompleksinin stadionunda təşkil olunmuş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 37-ci dəqiqədə Ağabala Ramazanov açsa da, 79-cu dəqiqəMarko Şönbaxler bərabərlik qolunu vurub. Bununla da "Səbail" qələbə hesabını qoruya bilməyib.

Yoxlama oyunu

19 yanvar

17:00. "Səbail" - "Sürix" (İsveçrə) 1:1

Qollar: Ağabala Ramazanov, 37 - Marko Şönbaxler, 79

“Miracle Resort” İdman Kompleksinin stadionu

Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Macarıstan “Aqvital”ını yenib - 3:2.

Son xəbərlər

Orphus sistemi