“Səbail” daha iki futbolçu ilə müqavilə bağlayıb

“Səbail” daha iki futbolçu ilə müqavilə bağlayıb Paytaxt klubu Yamin Ağakərimzadə və Raul Yaqubzadəni heyətinə qatıb
Futbol
8 İyun , 2017 18:50
“Səbail” daha iki futbolçu ilə müqavilə bağlayıb

Bakı. 8 iyun. REPORT.AZ/ "Səbail" növbəti mövsüm üçün daha iki transfer rəsmiləşdirib.

“Report”un paytaxt təmsilçisinin “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, Yamin Ağakərimzadə və Raul Yaqubzadə ilə müqavilə imzalanıb. Onlarla müvafiq olaraq 1 və 2 illik razılıq əldə olunub.

Son olaraq "Zirə"nin formasını geyən 25 yaşlı yarımmüdafəçi Y.Ağakərimzadə bundan əvvəl "Rəvan"ın heyətində Premyer Liqada çıxış edib. Ötən mövsüm "Zaqatala"da çıxış edən 23 yaşlı hücumçu Raul Yaqubzadə isə "Bakı"nın yetirməsidir.

Qeyd edək ki, “Səbail” daha əvvəl "Neftçi"dən ayrılan Kamal Qurbanovla, həmçinin "Zaqatala"dan Emin Mehtiyev və "Turan Tovuz"dan Aqşin Muxtaroğlu ilə 1 illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi