"Səbail" Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb

"Səbail" Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb Komanda "Dalğa Arena"da "Kəpəz"i məğlubiyyətə uğradıb
Futbol
23 Sentyabr , 2017 19:29
Səbail Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Səbail" klubu futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv VI turda "Dalğa Arena"da "Kəpəz"i məğlubiyyətə uğradıb - 1:0.

Yeganə qolu 60-cı dəqiqədə Elman Taqayev vurub. Bununla da "Səbail" xallarını 6-ya yüksəldərək, 6-cı pillədə möhkəmlənib.

Bir xala malik "Kəpəz" isə sonuncu pillədə qalıb.

Qeyd edək ki, "Səbail" ilk qələbəsini II turda "Neftçi" üzərində qazanıb - 1:0.

Son xəbərlər

Orphus sistemi