Yuxarı

"Səbail" Avropa Liqasının 10 debütantı sırasında yer alıb

"Səbail" Avropa Liqasının 10 debütantı sırasında

2018/2019 mövsümündə 10 fərqli ölkənin komandaları UEFA Avropa Liqasına vəsiqə qazanıb.

"Report" UEFA-nın rəsmi hesabatına istinadən xəbər verir ki, bunların arasında Azərbaycan təmsilçisi "Səbail" də yer alıb.

"10-luğ"a "Yeni Malatyaspor" (Türkiyə), “Vitebsk” (Belarus), “Jalgiris” (Kaunas, Litva), “RFS Riqa” (Latviya), "Sperantsa" (Moldova), "Akademiya Pandev" (Şimali Makedoniya), "Legiya" (Polşa), "Arsenal" (Tula, Rusiya) və "Mura" (Sloveniya) da düşüb. 

Çempionlar Liqasında isə bu mövsüm debüt edənlərin sayı 7-yə bərabərdir. Bunlar “Saburtalo” (Gürcüstan), "Atalanta" (İtaliya), "Feronikeli" (Kosovo), "Riqa" (Latviya), "Pyast" (Polşa), "Krasnodar" (Rusiya) və "Ararat (Ermənistan) komandalarıdır.

Qeyd edək ki, "Səbail" Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya "Universitatya"sına hər iki oyunda 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 
 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi