"Səbail" Almaniya klubu ilə heç-heçə edib

"Səbail" Almaniya klubu ilə heç-heçə edib "Ayntraxt Northeim" ilə görüşdə qapılara qol vurulmayıb
Futbol
23 Yanvar , 2017 23:57
Səbail Almaniya klubu ilə heç-heçə edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakının "Səbail" kulubu bu gün Antalyada ikinci yoldaşlıq görüşünü keçirib.

"Report" xəbər verir ki, Almaniyanın aşağı divizion təmsilçisi "Ayntraxt Northeim" ilə qarşılaşan I divizion təmsilçimiz meydandan 0:0 hesablı heç-heçə ilə ayrılıb.

"Səbail" oyuna bu heyətlə çıxıb: Emil Balayev, Saşa Yunisoğlu (K), Təyyar Məmmədov, Anar Babayev, Taleh Babayev, Fərid Səmədzadə, Eltun Yaqublu, Orxan Qurbanlı, Ruslan Tağızadə, Bayram Budaqov, Bəxtiyar Məsiməliyev.

Elman Sultanovun komandası ilk yoxlama matçında Qazaxıstanın "Kyran" klubuna 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi