"Şapokeonse" klubunun ölən futbolçusuna mükafat verilib

"Şapokeonse" klubunun ölən futbolçusuna mükafat verilib Danilo 48 faiz səslə birinci olub
Futbol
13 Dekabr , 2016 20:24
Şapokeonse klubunun ölən futbolçusuna mükafat verilib

Bakı. 13 dekabr. REPORT.AZ/ Kolumbiyada baş verən təyyarə qəzasında dünyasını dəyişən "Şapokeonse" klubunun qapıçısı Daniloya Braziliya A Seriyasında "İlin futbolçusu" adı verilib. 

"Report"un məlumatına görə, yerli futbol federasiyasının açıqlamasında qapıçının müsabiqədə 48 faiz səs topladığını bildirib.

O, Argentinanın "San Lorenso" klubu ilə oynanılan yarımfinal qarşılaşmasının sonlarında əla oyunu ilə komandasına uğur qazandırıb.

Xatırladaq ki, Amerika kubokunun final görüşü üçün Kolumbiyanın Medelyin şəhərinə yollanan "Şapokeonse" klubu futbolçularının olduğu təyyarə ötən ay qəzaya uğrayıb. Qəza zamanı komandanın 22 üzvü həlak olub. 

Son xəbərlər

Orphus sistemi