Yuxarı
    Bağlamaq

    "Şapekoense" komandasının mərhum qapıçısı Braziliyada ilin futbolçusu seçilib

    Mükafatlandırma mərasimində mərhum qapıçının bacısı və anası iştirak edib

    Bakı. 14 dekabr. REPORT.AZ/ "Şapekoense" komandasının mərhum qapıçısı Markos Danilo azarkeşlərin səs çoxluğu ilə Braziliyada ilin futbolçusu elan edilib.

    "Report" xəbər verir ki, bu barədə idmançının bacısı Danila Padilya xəbər verib.

    Onun sözlərinə görə, bununla bağlı azarkeşlər arasında keçirilən sorğuda qardaşı Markos respondentlərin 48 faizinin səsini toplayıb. Mükafatlandırma mərasimində mərhum qapıçının bacısı və anası iştirak edib.

    Qeyd edək ki, göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olan təyyarə noyabrın 28-də Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb. Futbol klubunun üzvləri Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelyin şəhərinə istiqamətlənib.

    Ümumilikdə təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Qəza zamanı üç futbolçu – Alan Ruşel, Cekson Folman və Xelio Samper Neto sağ qalıb. Xəsarət almış Markos Danilo isə sonradan xəstəxanada dünyasını dəyişib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi