Yuxarı

“Şapekoense” klubu təyyarə qəzasından sağ çıxan futbolçusu ilə yeni müqavilə bağlayıb

“Şapekoense” klubu təyyarə qəzasından sağ çıxan futbolçusu ilə yeni müqavilə bağlayıb
Klubun idman direktoru: Bu, xeyriyyəçilik deyil

Bakı. 1 mart. REPORT.AZ/ Braziliyanın “Şapekoense” klubu təyyarə qəzasından sağ çıxan futbolçusu Alan Ruşellə yeni müqavilə bağlayıb.

“Report”un məlumatına görə, 29 noyabr 2016-cı ildə baş vermiş faciədən 9 ay sonra meydana qayıdan 28 yaşlı müdafiəçinin sözləşməsi 2020-ci ilə qədər uzadılıb. Təqdimat mərasimində klubun idman direktoru Ruy Koşta bildirib ki, bu, xeyriyyəçilik deyil: "Ruşel həyatında böyük sınaqla üzləşdi və gələcəkdə də komandamızın şərəfini qorumağa qadir olduğunu sübuta yetirdi".  

Qeyd edək ki, 2016-cı il noyabrın 29-da Cənubi Amerika Kubokunun final görüşü üçün səfərə yollanan "Şapekoense” klubunun üzvlərinin də göyərtəsində olduğu təyyarə Kolumbiyanın Medelyin şəhərində qəzaya uğrayıb. Faciə nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib. Ruşellə yanaşı, qapıçı Cekson Folman və müdafiəçi Helio Sampyer Neto sağ qalıblar.

Həyatını itirənlər arasında yer alan Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər. Qəza zamanı, ümumilikdə, 77 nəfərdən cəmi 6-sı sağ qalıb. Onlardan 3-ü futbolçu olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi