Yuxarı

Avropa Liqasında "Samtredia" - "Qəbələ" matçı Tbilisidə keçirilməyəcək

Oyun Neftçinin 4 il öncə oynadığı stadionda baş tutacaq

Bakı. 21 iyun. REPORT.AZ/ "Qəbələ"nin Gürcüstan "Samtredia"sı ilə futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi cavab görüşünün məkanı müəyyənləşib. "Report"un qonşu ölkə mətbuatına istinadən verdiyi məlumata görə, oyun paytaxt Tbilisidə deyil, Zestafonidə təşkil olunacaq.

Komandalar iyulun 7-də David Abaşidze adına stadionda üz-üzə gələcəklər. 4500 tamaşaçı tutumuna malik arenada 2012-ci ilin yayında "Neftçi" "Zestafoni" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gəlib. Oyun 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, "Qəbələ" və "Samtredia" komandaları arasındakı ilk görüş iyunun 30-da "Bakcell Arena"da baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi