"Samtredia" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib

"Samtredia" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib Cavab görüşünün də start fiti eyni saatda çalınacaq
Futbol
5 İyul , 2017 09:09
Samtredia - Qarabağ matçının başlama saatı müəyyənləşib

Bakı. 5 iyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Gürcüstanın "Samtredia" komandası ilə keçirəcəyi cavab görüşünün başlama saatı müəyyənləşib. 

"Report"un məlumatına görə, iyulun 18-də baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq. Görüş Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda təşkil olunacaq.  

Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş iyulun 11-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi