​"Samtredia"nın baş məşqçisi: " "Qəbələ" yaxşı oynadı və qələbə qazandı"

​"Samtredia"nın baş məşqçisi: " "Qəbələ" yaxşı oynadı və qələbə qazandı" "Çalışacağıq ki, oyunu analiz edib səhvlərimizi düzəldək"`
Futbol
30 İyun , 2016 23:41
​Samtredianın baş məşqçisi:  Qəbələ yaxşı oynadı və qələbə qazandı

Bakı. 30 iyun. REPORT.AZ/ "Qəbələ"ni təbrik edirəm. Onlar yaxşı oynadı və qələbə qazandı".

"Report"un məlumatına görə, bunu "Samtredia" klubunun baş məşqçisi Giorgi Tsetsadze Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" ilə keçirilən görüşdən sonra deyib.

Gürcüstanlı mütəxəssis 5:1 hesablı qələbəni belə şərh edib:

"Çalışacağıq ki, oyunu analiz edib səhvlərimizi düzəldək və daha yaxşı çıxış edək. Hava istidir. Futbolçularımız ikinci hissədə başqa nömrə ilə çıxış etdi. Bu texniki məğlubiyyətlə nəticələnə bilər. Amma bu səhv texniki heyətin səhvidir".

Qeyd edək ki, cavab görüşü iyulun 7-də Zestafonidə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi