Yuxarı

​Samir Əliyev: "Komandamız hər iki görüşdə üstün oynadı"

Gələcəkdə böyük işlər görə bilərik

Bakı. 10 İyul. REPORT.AZ/ “Rəqib xüsusi oyun göstərmədi, nəticəyə oynadılar, qapandılar. Komandamız hər iki görüşdə üstün oynadı”.

"Report" xəbər verir ki, bu sözləri “Neftçi” PFK-nın baş məşqçisi Samir Əliyev Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” klubu ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransında bildirib.

Baş məşqçi komandasının oyunundan razı qaldığını deyib:

“Bizə gəlincə, meydanda gənclərimizi gördünüz. Təcrübəsizlikləri öz sözünü dedi, qol imkanlarından yararlana bilmədilər. İki həftə hazırlıq keçmişik, bununla belə, gənclərimizə güvənmək olar, gələcəkdə böyük işlər görə bilərik. Futbolçulardan razıyıq, onlara təşəkkürümü bildirirəm. Komandamız hər iki görüşdə üstün oynadı”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi