Yuxarı

​Samir Əliyev: Azarkeşlər haqlı olaraq nəticə tələb edirlər

Qırmızı vərəqə bizim butün planlarımızı pozdu

Bakı. 17 Avqust. REPORT.AZ/ "Oyuna qələbə əzmi ilə çıxmışdıq. İstək var idi, lakin qırmızı vərəqə bizim butün planlarımızı pozdu".

"Report" xəbər verir ki, bunu "İnter"-"Neftçi" matçından sonra (1:0) keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Əliyev deyib.

O, ikinci hissədə qol buraxmadan yalnız hücumda oynamağa çalışdıqlarını bildirib:

"İnter 10 nəfərlə qaldıqdan sonra hücuma atılsaq da, qol vura bilmədik. Artıq ikinci oyundur ki, qələbə qazana bilmirik, heyətdə problemlər var. Əlimizdə yetərincə futbolçu olmadığına görə, əvəzetmələr özünü tam olaraq doğrulda bilmir".

Baş məşqçi oyundan sonra azarkeş ilə futbolçu arasında yaranan məsələyə də toxunub:

"İstədim futbolçuları aparım azarkeşlərin yanına ki, onlara dəstəyə görə təşəkkür edək, lakin onlar bizi müsbət qarşılamadı. Azarkeşləri qınamıram, haqlı olaraq nəticə tələb edirlər".

Qeyd edək ki, görüş başa çatan kimi "Neftçi" fanatlarından biri öz komandasının futbolçularına hücum edib. Dərhal polis müdaxilə edərək, həmin azarkeşi zərərsizləşdirib və özləri ilə aparıb. Fanatın "Forza Neftçi" azarkeş qrupunun üzvü olduğu güman edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi