​Şahin Diniyev: "Şanslar 60:40 nisbətində "Daçiya"nın xeyrinədir" - MÜSAHİBƏ

​Şahin Diniyev: "Şanslar 60:40 nisbətində "Daçiya"nın xeyrinədir" - MÜSAHİBƏ "Mərhələ keçsək, bu, ad günü hədiyyəm olacaq"
Futbol
6 İyul , 2016 15:37
​Şahin Diniyev: Şanslar 60:40 nisbətində Daçiyanın xeyrinədir - MÜSAHİBƏ

Kişineu. 6 iyul. REPORT.AZ/ "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Moldova "Daçiya"sı ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü öncəsi mətbuat konfransı keçirib. "Report"un Kişineuya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis əvvəlcə oyunla bağlı təəssüratlarını bölüşüb...

- İlk oyun azarkeşlər və jurnalistlər üçün maraqlı idi. Hər iki komanda qələbəyə yaxın idi. Oyunda bizim daha çox qol imkanımız vardı. İkinci hissədə "Daçiya" üstün idi. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Bakıda da demişdim ki, cütün taleyi Kişineuda həll olunacaq. Yenə deyirəm: Kim mərhələ keçsə, onun haqqıdır. "Daçiya" hücum edəcək, amma biz də təslim olmayacağıq. Hər iki komandanın mərhələ şansı var. Taktiki hazırlıq, psixoloji hazırlıq və motivasiya mərhələ keçməkdə mühüm rol oynayacaq.

- İyulun 12-də 50 yaşınız tamam olur. Mərhələ keçsəniz, bu, yubileyinizə hədiyyə olacaq?

- Əlbəttə, 50 yaş həm orta, həm də sona yaxındır. Biz futbol adamıyıq. 50 dəfə ad günüm olub. Mərhələ keçsək, bu, futbolçulardan ad günümə ən böyük hədiyyə olacaq.

- İlk oyunda fiziki hazırlıq sarıdan problemlərinizin olduğunu demişdiniz. Bunlar aradan qalxıbmı?

- Bizim çox az vaxtımız oldu. 15 gün ərzində ideal formada olmaq mümkün deyil. Həm bizim, həm də rəqibin sınaqçı rəqibləri olmadı. Fiziki hazırlığı 5 günə müəyyən səviyyəyə çatdırmaq mümkün deyil. Amma biz get-gedə ideal formaya yaxınlaşırıq.

- Oyunöncəsi Speya şəhər stadionunda məşq keçəcəksiniz?

- Speyada məşq keçirməyəcəyik. Çünki saatyarım yol gedib-gəlməliyik. Bu da gecə səhərədək yol gələn komanda üçün ikiqat ağır ola bilər. Ola bilsin açıq havada və ya başqa bir meydanda məşq etdik.

- 0:0 hesablı ilk oyunun revanşında bir qol oyunun nəticəsini həll edə bilər...

- Açıq deyim: "Daçiya"nın bizdən daha çox şansı var. Çünki Bakıda heç-heçə edib. Bu dəfə evdə oynayırlar. Faizlə götürsək, 60:40 nisbətində "Daçiya"nın xeyrinədir.

- İlk görüşdə demişdiniz ki, Adlan Şişxanovla dava etməyə hazır idim...

- Mən elə söz deməmişəm. Demişəm ki, futbolçum rəqibi vursaydı, onu özüm əvəzləyər və dava edərdim. Mən özüm Kişineuda futbol oynamışam. Heç vaxt Moldova barədə mənfi fikir söyləmərəm. "Nistru"da birgə oynadığım futbolçulara salamlarımı göndərirəm.

- "Neftçi"nin SSRİ çempionatında bürünc medal qazanması qeyd ediləcək?

- Təbii ki. Bu, həqiqətən də böyük uğur idi.

Son xəbərlər

Orphus sistemi