Yuxarı
    Bağlamaq

    Xristo Stoiçkov Qazaxıstan millisinin baş məşqçisi ola bilər

    O, bu postda Yuri Krasnojanı əvəzləyəcək

    Bakı. 14 dekabr. REPORT,AZ/ Bolqarıstan yığmasının sabiq futbolçusu Xristo Stoiçkov Qazaxıstan millisinə baş məşqçi təyin oluna bilər. "Report"un "Tema Sport"a istinadən verdiyi məlumata görə, onun yeni vəzifədə Yuri Krasnojanı əvəzləyəcəyi bildirilir.

    49 yaşlı mütəxəssis hazırda Mayamidə yaşayır və Meksika televiziyalarının birində ekspert kimi fəaliyyət göstərir. Stoiçkov futbolçu kimi "Barselona" (İspaniya), "Parma" (İtaliya), MOİK (Sofiya, Bolqarıstan) və bir çox klublarda çıxış edib. Bu müddət ərzində bir çox çempionluqlar yaşayıb.

    Qeyd edək ki, Stoiçkov baş məşqçi karyerası ərzində İspaniyanın "Selta", Bolqarıstanın "Liteks", MOİK (Sofiya) klublarında çalışıb. O, bir müddət Bolqarıstan yığmasının da baş məşqçisi olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi