"Sabah" klubu paraqvaylı futbolçunu heyətinə qatıb

"Sabah" klubu paraqvaylı futbolçunu heyətinə qatıb Bakı. 24 iyul. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” klubu daha bir futbolçunu heyətinə qatıb.
Futbol
24 İyul , 2018 12:31
Sabah klubu paraqvaylı futbolçunu heyətinə qatıb
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” klubu daha bir futbolçunu heyətinə qatıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın debütantı paraqvaylı yarımmüdafiəçi Erik Ramosla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu karyerası ərzində Paraqvayın “12 Oktyabr”, “3 Fevral”, “Rubio”, “General Dias” komandalarında çıxış edib. O, 2012-2016-cı illər aralığında “Neftçi” klubunun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi