"Sabah" "Keşlə"ni minimal hesabla məğlub edib - VİDEO

"Sabah" "Keşlə"ni minimal hesabla məğlub edib - VİDEO Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun üçüncü oyunu keçirilib
Futbol
12 Avqust , 2018 23:09
Sabah Keşləni minimal hesabla məğlub edib - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun üçüncü oyunu keçirilib

"Report" xəbər verir ki, həftənin son matçında ötən mövsüm Azərbaycan Kubokunun qalibi olan "Keşlə" debütant "Sabah"ı qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45+2-ci dəqiqədə penaltidən Marko Deviç vurub.

Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" səfərdə "Sumqayıt" 2:0, "Qəbələ" isə evdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib. Açılış həftəsinin "Qarabağ" - "Zirə" matçı isə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi