"Sabah"ın baş məşqçisi: "Qol vəziyyətləri yarada bilmədik"

"Sabah"ın baş məşqçisi: "Qol vəziyyətləri yarada bilmədik" Bakı. 22 sentyabr. REPORT.AZ/ Ötən tur Qəbələ ilə çətin oyunda futbolçularda yorğunluq hiss olunurdu. İlk hisədə normal, ikinci hissədə zəif oynadıq. Səbail fasilədən sonra üstün təsir bağışladı. Bizə qol vursaydılar, işimiz çətin olardı. Yeni komandayıq. Nəticə istəyiriksə, hər oyunda xal bizim üçün vacibdir. Futbolçular sağ olsunlar.
Futbol
22 Sentyabr , 2018 21:50
Sabahın baş məşqçisi: Qol vəziyyətləri yarada bilmədik

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Ötən tur "Qəbələ" ilə çətin oyunda futbolçularda yorğunluq hiss olunurdu. İlk hisədə normal, ikinci hissədə zəif oynadıq. "Səbail" fasilədən sonra üstün təsir bağışladı. Bizə qol vursaydılar, işimiz çətin olardı. Yeni komandayıq. Nəticə istəyiriksə, hər oyunda xal bizim üçün vacibdir. Futbolçular sağ olsunlar".

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının V turunda "Səbail"lə səfərdə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Bəxtiniz də gətirdi. Sizcə, "Səbail" sizi yaxşı təhlil etmişdi, yoxsa arxayınlıq vardı?

- Həmkarım Aftandil Hacıyev ağıllı mütəxəssisdir. Əlbəttə, bizi yaxşı təhlil etmişdi. Yaxşı komanda yaradıb və bizə şətin anlar yaşatdılar.

Çempionatın bomardiri Marko Deviç dayandı. Belə çıxır ki, Deviç qol vurmayanda "Sabah" da qol vura bilmir?

- Maraqlı sualdır. Çalışırıq ki, digər futbolçularımız da qol vursun. Sadəcə, Deviç daha təcrübəlidir və şanslarından istifadə edir. Əslində, bugünkü matçda yüzfaizlik qol imkarımız da olmadı. Qol vəziyyəti yarada bilmədik. Rəqib yaxşı müdafiə olundu.

Son xəbərlər

Orphus sistemi