"Sabah"ın baş məşqçisi: "Premyer Liqada qalmaq hədəfimiz dəyişməyib"

"Sabah"ın baş məşqçisi: "Premyer Liqada qalmaq hədəfimiz dəyişməyib" Bakı. 16 sentyabr. REPORT.AZ/ Topaz Premyer Liqasının IV turunun Qəbələ” ilə ev oyunundan sonra Sabah komandasının baş məşqçisi Elşad Əhmədov mətbuat konfransı keçirib.
Futbol
16 Sentyabr , 2018 21:48
Sabahın baş məşqçisi: Premyer Liqada qalmaq hədəfimiz dəyişməyib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Topaz Premyer Liqasının IV turunun "Qəbələ” ilə ev oyunundan sonra "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

- Qələbə qazanmaq üçün bizdə istək daha çox idi. Uşaqlara təşəkkür edirəm ki, azlıqda qalsaq da, qələbə hesabını qoruya bildilər. Bəlkə də bəxtimiz gətirdi.

Qarşınıza hansı məqsəd qoyulub?

- Premyer Liqada qalmaq hədəfimiz dəyişməyib.

Artıq 2-ci oyundur komandanız fasilədən sonra qapanır. Bunun səbəbi fiziki cəhətdən çatdırmamaqdadır, yoxsa taktiki gedişdir?

- 21 gün fiziki hazırlığa diqqət yetirdik. Bu baxımdan problemimiz yoxdur. Sadəcə, yeni komandayıq. Azlıqda qaldıqda necə oynamalı, hesabda irəlidə olarkən hansı gedişləri etməli olduğumuzu bilmək üçün zamana ehtiyac var.

Son xəbərlər

Orphus sistemi