"Sabah"ın baş məşqçisi: "Futbolçuların sayı bərabər olsaydı, daha maraqlı oyun gedərdi"

"Sabah"ın baş məşqçisi: "Futbolçuların sayı bərabər olsaydı, daha maraqlı oyun gedərdi" Bakı. 21 oktyabr. REPORT.AZ/ Oyunun gərgin keçəcəyini gözləyirdik. Rəqib hardasa ikinci hissədə bizi üstələdi. Hərçənd, azlıqda oynayırdı. Nazim Süleymanov yaxşı komanda qurub. Futbolçularımız xarakter, mübarizlik göstərdilər və qələbə çaldılar. Buna görə onları təbrik edirəm.
Futbol
21 Oktyabr , 2018 21:31
Sabahın baş məşqçisi: Futbolçuların sayı bərabər olsaydı, daha maraqlı oyun gedərdi

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Oyunun gərgin keçəcəyini gözləyirdik. Rəqib hardasa ikinci hissədə bizi üstələdi. Hərçənd, azlıqda oynayırdı. Nazim Süleymanov yaxşı komanda qurub. Futbolçularımız xarakter, mübarizlik göstərdilər və qələbə çaldılar. Buna görə onları təbrik edirəm".

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra Əhmədov jurnalistlərin suallarını cavablandırıb...

Rəqibin üstünlüyü 60-cı dəqiqədən sonra özünü göstərdi. Komandanızda yorğunluq, hərəkətsizlik vardı. Bu, nə ilə bağlı idi?

- Qarşılaşmadan öncə mənə jurnalistlər sual verəndə bildirmişdilər ki, futbolçularınız ilk dövrədəki 1:4 hesablı məğlubiyyətin revanşını almaq istəyinin "qurban"ı ola bilərlər. Yetirmələrimdə bu həyəcan vardı ki, qol buraxmasınlar. 

Aldığınız 4 sarı vərəqə də bunun nəticəsi idi?

- Bu da revanş hissi ilə bağlı oldu. Çox sarı vərəqə aldıq.

Vurğun Hüseynov olmasaydı, "Sumqayıt" daha üstün oynayardı. Bunu düşündünüzmü?

- Elə düşünmürəm. 11-11-ə oynasaydıq, futbolçularımız daha maraqlı çıxış edərdilər. 

Bəxtiyar Soltanov ötən mövsüm I Divizionda "Xəzər"də işlədiyiniz vaxt komandanızın kapitanı, lideri idi. Ancaq indi sonradan meydana girir, qaça bilmir. Doğrudanmı, çempionatlar arasında səviyyə fərqi belə böyükdür, yoxsa problem futbolçudadır?

- Bu iki liqa arasında səviyyə fərqi həqiqətən böyükdür. Bəxtiyarı özüm tanıya bilmədim ki, bir neçə epizodda Yusif Nəbiyevi necə üstələyə bilmədi?! Halbuki, Soltanov sürətli futbolçudur, bundan faydalana bilmədi.

Son xəbərlər

Orphus sistemi