"Sabah"ın baş məşqçisi: "Futbolçular bir qol vurandan sonra rahat oynamırlar"

"Sabah"ın baş məşqçisi: "Futbolçular bir qol vurandan sonra rahat oynamırlar" Bakı. 27 oktyabr. REPORT.AZ/ Oyunla bağlı danışmaq mənim üçün çətindir. İkinci hissədə çox zəif oynadıq, bəxtimiz gətirdi. Zirə fasilədən sonra gözlədiyimizdən də yaxşı, sürətli oynadı. Mənə təsir edən odur ki, müdafiədə oturduq. Ancaq futbolçularımız buraxdıqları qoldan sonra xarakter göstərdilər və artırma dəqiqələrində qələbə topunu vurduq.
Futbol
27 Oktyabr , 2018 20:18
Sabahın baş məşqçisi: Futbolçular bir qol vurandan sonra rahat oynamırlar

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Oyunla bağlı danışmaq mənim üçün çətindir. İkinci hissədə çox zəif oynadıq, bəxtimiz gətirdi. "Zirə" fasilədən sonra gözlədiyimizdən də yaxşı, sürətli oynadı. Mənə təsir edən odur ki, müdafiədə oturduq. Ancaq futbolçularımız buraxdıqları qoldan sonra xarakter göstərdilər və artırma dəqiqələrində qələbə topunu vurduq".

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının IX turunda evdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qələbəni komandanın zədəli futbolçusu Marko Deviçə hədiyyə etdiklərini bildirib:

"Yeri gəlmişkən, bu gün Markonun ad günüdür. Bu nəticə Deviçin ad günü üçün gözəl oldu. Markodan başqa qol vuracağımız futbolçularımız var. Bu gün Məqsədlə Cavid fərqləndi. Komandamızda psixoloji durum belədir ki, futbolçular 1 qol vurandan sonra rahat oynamırlar. Sanki qol buraxmaq təhlükəsi var".

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Son xəbərlər

Orphus sistemi