Yuxarı

"Sabah"ın baş məşqçisi: "Allahın və qapıçının ümidinə qalmaq istəmirəm"

​"Sabah"ın baş məşqçisi: "Allahın və qapıçının ümidinə qalmaq istəmirə

"Hər iki komanda üçün elə də uğurlu olmadı. Daha yaxşı çıxış edə bilərdik. Buraxılan ilk qola şərhim yoxdur".

"Report" xəbər verir ki, bunları "Sabah"ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın XIV turunda evdə "Neftçi"yə 0:2 hesablı məğlubiyyətdən sonra söyləyib.

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, rəqib daha yaxşı oyandığı üçün qalib gəlib: "Əlavə edilmiş dəqiqədə standart vəziyyətdən qol buraxdıq. Rəqib daha yaxşı idi. Standart vəziyyət zamanı rəqibin birinci dirəkdə təhlükəli olduğunu demişdik. “Neftçi” və “Qarabağ”a bu qədər qol şansı veririksə, ya onlar çox keyfiyyətlidilər, ya da biz keyfiyyətsiz. Əcnəbilərimiz bizə daha çox xeyir verməlidilər”.

- Ölkənin ən güclü iki komandasına qarşı oynadınız. “Sabah” nəyə qadirdir?

- Bu barədə nəsə deməyim düzgün olmaz. Bu mövzuya girsəm, gərək məndən öncə çalışanlar barədə də danışım. Oyunlara baxmısınızsa, siz özünüz hər şeyi görmüsünüz.

- Qış fasiləsində heyətdə neçə faiz dəyişiklik etməyi planlaşdırırsınız?

- Qışda nəsə dəyişikliklər etməliyik. Bunu görmək üçün məşqçi olmağa ehtiyac yoxdur. Adi azarkeş də bunu hiss edir. Kluba gələrkən mənə dedilər ki, filan futbolçular top səviyyədədir. Bilmirəm, mən axmağam? Mənim kifayət qədər təcrübəm var, 600 oyunda iştirak etmişəm. Qış fasiləsindən sonra əsas komandada Şakir kimi 7-8 oyunçum olacaq. O, məşqdə əlindən gələni edir. Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq.

- Filip İvanoviç əvvəllər müdafiənin mərkəzində oynayırdı, siz onu dayaq yarımmüdafiəçisi mövqeyinə çəkdiniz. Onu bu mövqedə görürsünüz?

- Gəlməzdən əvvəl komandanın bütün oyunlarına baxmışdım. İstəmirəm ki, rəqibin 10, mənim 3 qol şansım olsun. Allahın və qapıçının ümidinə qalmaq istəmirəm. İlk olaraq mərkəzi bağlamalıyıq. Filip mərkəz müdafiəçisi deyil, amma başqa variant olmayanda onu orda oynatmalısınız.

- Dediniz ki, sizin üçün pul böyük rol oynamır. Amma dəyişikliklər üçün pul lazım olacaq. Rəhbərlik sizə bu təminatı verib?

- Əgər əcnəbi futbolçu meydanda mənə istədiyimi verməyəcəksə, 10 azərbaycanlı ilə oynayacam.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi