Yuxarı

"Sabah" evdə "Səbail"lə heç-heçə etdi

​"Sabah" evdə "Səbail"lə heç-heçə etdi

81

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Sabah" evdə "Səbail"i qəbul edib.

"Bank Respublika arena"da keçirilən görüş qolsuz başa çatıb. Matçın 15-ci dəqiqəsində meydan sahiblərinin heyətində moldovalı yarımmüdafiəçi Yevgeni Koçuk qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 88-ci dəqiqədə "Sabah"ın yeni transferi Ramil Şeydayev meydana daxil olaraq təqribən 1,5 illik fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasında debüt edib.

Bu nəticədən sonra xallarını 20-yə çatdıran "Sabah" 6-cı pillədəki mövqeyini qoruyub. "Səbail" isə 19 xalla 7-ci sırada qalıb.

Tura bu gün keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Qəbələ"ni 2:0, "Keşlə" isə evdə "Zirə"ni 4:0 hesabı ilə məğlub edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi