"Sabah" Antalyada 4 yoxlama oyunu keçirəcək

"Sabah" Antalyada 4 yoxlama oyunu keçirəcək Bakı. 28 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbayca Premyer Liqasında çıxış edən “Sabah” komandasının qış hazırlıq planı müəyyənləşib.
Futbol
28 Noyabr , 2018 13:23
Sabah Antalyada 4 yoxlama oyunu keçirəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbayca Premyer Liqasında çıxış edən “Sabah” komandasının qış hazırlıq planı müəyyənləşib.

Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib. Debütant gələn il yanvarın 2-də paytaxta bir araya gələcək və Türkiyənin Antalya bölgəsinə yollanacaq.

Larada məskunlaşacaq komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 23-də vətənə dönəcək.

Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.

Qeyd edək ki, bunadək “Sumqayıt” və “Zirə”nin Antalyaya yollanacağı dəqiqləşmişdi.

Son xəbərlər

Orphus sistemi