Yuxarı

Ruslan Qurbanov: "Rəqib komandaya istədiyi oyunu nümayiş etdirməyə imkan vermədik"

Milli komandamızın bütün oyunçuları baş məşqçisi Robert Prosineçkinin tapşırıqlarını yerinə yetirdi

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Xorvatiya millisi çox güclüydü. Ancaq biz rəqib komandaya istədiyi oyunu nümayiş etdirməyə imkan vermədik".

"Report"-un məlumatına görə, bu sözləri Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov "Avro-2016"nın seçmə mərhələsində millimizin Xorvatiya ilə qolsuz bərabərə qaldığı matçdan sonra deyib.

Onun sözlərinə görə, milli komandamızın bütün oyunçuları baş məşqçisi Robert Prosineçkinin tapşırıqlarını yerinə yetirdi və bu səbəbdən də nəticə qaneedici oldu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi