Yuxarı
    Bağlamaq

    ​Ruslan Abışovun taleyinə yanvarın 11-də aydınlıq gələcək

    Sərxan Abışov yanvarın 11-də Rubin rəsmiləri ilə görüşəcəyini bildirib

    Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun Rusiyanın "Rubin" klubundakı taleyinə yanvarın 11-də aydınlıq gələcək. Bu barədə "Report"a 27 yaşlı yarımmüdafiəçinin qardaşı və meneceri Sərxan Abışov məlumat verib.

    O, yanvarın 11-də "Rubin" rəsmiləri ilə görüşəcəyini bildirib. Abışov qardaşının seçim imkanının da olduğunu söyləyib: "Ruslanı 3 klub istəyir. Bunlardan ikisi yerli, biri əcnəbi klubdur. Lakin bütün məsələlərin gedişatı yanvarın 11-də keçiriləcək görüşün nəticəsindən asılı olacaq. "Rubin" alınması, transfer məbləğini ödəyən komanda Ruslanı heyətinə cəlb edə biləcək".

    Qeyd edək ki, yay transfer pəncərəsində "Qəbələ" ilə 6 aylıq icarə müqaviləsi imzalayan Ruslan Abışov müqavilə üzrə "Rubin"ə məxsusdur. Onun Kazan klubu ilə olan 2.5 illik müqaviləsi bu ilin yayında başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi