Rusiyalı baş məşqçi Hollandiya klubundan istefa verib

Rusiyalı baş məşqçi Hollandiya klubundan istefa verib Hollandiyanın Vitess klububunun baş məşqçisi Leonid Slutski istefa verib.
Futbol
30 Noyabr , 2019 09:42
Rusiyalı baş məşqçi Hollandiya klubundan istefa verib

Hollandiyanın "Vitess" klububunun baş məşqçisi Leonid Slutski istefa verib. 

"Report"un məlumatına görə, 48 yaşlı rusiyalı mütəxəssis çempionatın 15-ci turunda "Herenven"ə 2:3 hesabı ilə uduzduqları matçdan sonra komandadan ayrıldığını açıqlayıb. 

Qeyd edək ki, Leonid Slutski 2018-ci ilin yayından komandaya rəhbərlik edib. "Vitess" ötən mövsüm onun rəhbərliyi altında Hollandiya çempionatında 5-ci yeri tutub. Slutski 2015 - 2016-cı illərdə Rusiya yığmasında çalışıb.

Son xəbərlər

Orphus sistemi