Yuxarı

Rusiyalı futbolçu jurnalistin başını keçəl qırxdırmaq istəyir

Jurnalist Pyotr Volikov futbolçunun səkkiz qol vuracağı təqdirdə başını keçəl edəcəyi ilə bağlı mərcə giribmiş

Bakı. 26 sentyabr. REPORT.AZ/ Qazaxıstanın "Kayrat" futbol klubunun rusiyalı oyunçusu Andrey Arşavin şəxsən onun səkkiz qol vuracağına şübhə etdiyi üçün mərcə girən jurnalistin başını keçəl qırxa biləcəyini bəyan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, futbolçu bunu klubun mətbuat xidmətinin yaydığı videomüraciətdə söyləyib. 

Jurnalist Pyotr Volikov A.Arşavinin "Kayrat"a keçidindən sonra rusiyalı futbolçunun Qazaxıstandakı perspektivinə şübhə ilə yanaşmış və hətta mərcə də girmişdi: futbolçu səkkiz qol vuracağı təqdirdə o, başını keçəl qırxdıracağını bildirmişdi. Bazar günü isə 35 yaşlı A.Arşavin "Aktobe" komandası ilə oyunda klubunun heyətində səkkizinci qolunu vurub.

"Pyotr, mövsümün əvvəlində səkkiz qol vuracağım təqdirdə başınızı keçəl qırxadıracağınızla bağlı cəsarətli mərcə girmişdiz. Mən bunu bacardım. Vaxtı və yeri təyin edin, şəxsən özüm sizi keçəl eləməyə hazıram", - deyə A.Arşavin jurnalistə ünvanlanan videomüraciətdə bildirib.

Qeyd edək ki, veteran futbolçu bu il martın 18-də "Kayrat"la bir illik müqavilə imzalayıb. A.Arşavin Qazaxıstan çempionatının 23 matçında rəqib qapılarına səkkiz qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi