Yuxarı

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının stadionlarının adları açıqlanıb

Stadionlardan 8-nin adı onların yerləşdikləri şəhərlə üst-üstə düşür

Bakı. 8 oktyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatı üçün nəzərdə tutulan stadionların adları təsdiqlənib. "Report"un məlumatına görə, FİFA və "Rusiya-2018" Təşkilat Komitəsi arenaların rəsmi adlarını razılaşdırıblar.

Stadionlardan 8-nin adı onların yerləşdikləri şəhərlə üst-üstə düşür, qalan 4-ü isə yerli mədəni və futbol aspektləri ilə əlaqəlidir.

Dünya çempionatı və ondan bir il öncə keçiriləcək Konfederasiyalar Kubokunda istifadə olunacaq stadionların adları:

"Yekaterinburq Arena" - Yekaterinburq

"Fişt" stadionu - Soçi

"Kazan Arena" - Kazan

Kalininqrad stadionu - Kalininqrad

"Lujniki" stadionu, "Spartak" stadionu - hər ikisi Moskva

"Mordoviya Arena" - Saransk

Nijni Novqorod stadionu - Nijni Novqorod

"Rostov Arena" - Rostov-Don

"Samara Arena" - Samara

Sankt-Peterburq stadionu - Sankt-Peterburq

"Volqoqrad Arena" - Volqoqrad

Qeyd edək ki, dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi