Rusiyada iki hakim qərəzli idarəçilikdə şübhəli bilinir

Rusiyada iki hakim qərəzli idarəçilikdə şübhəli bilinir Rusiyalı futbol hakimi Maksim Çembulatov qeyri-obyektiv və qərəzli idarəçiliyə görə mövsümün sonuna qədər yarışlardan kənarlaşdırılıb.
Futbol
10 Aprel , 2019 20:15
Rusiyada iki hakim qərəzli idarəçilikdə şübhəli bilinir

Rusiyalı futbol hakimi Maksim Çembulatov qeyri-obyektiv və qərəzli idarəçiliyə görə mövsümün sonuna qədər yarışlardan kənarlaşdırılıb.

“Report” xəbər verir ki, Kostroma şəhərindən olan referi I divizionun 30-cu turu çərçivəsində “Soçi” və “Tyumen” komandaları arasında baş tutan görüşdəki idarəçiliyinə görə cəzalandırılıb. Ədalət təmsilçisinin konkret hansı qərəzli qərar və ya qərarları üzündən “ilişdiyi” bilinmir.

Çembulatov qarşılaşmanın 76-cı dəqiqəsində qonaqların qapısına penalti təyin edib və meydan sahibləri bunun sayəsində bərabərlik qolunu vura biliblər – 1:1.

Bildirilir ki, Rusiya Futbol İttifaqının Hakimlər Komitəsinin sədri Aleksandr Yeqorov I divizion oyunlarına təyinat alan hakimlərlə görüşündə onlardan bəzilərinin qeyri-obyektiv və qərəzli idarəçiliyə yol verdiyini vurğulayıb. 

Araşdırmalar başa çatana qədər Sankt-Peterburqdan olan referi İvan Sidenkov da kənarda qalacaq. Rəhbərlik onun 29-cu tur çərçivəsində baş tutan “Mordoviya” – “Soçi” (0:2) oyunundakı idarəçiliyindən narazıdır. Referi bu görüşün 57-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Yevgeni Yatçenkoya qırmızı vərəqə göstərməklə yanaşı, 65-ci dəqiqədə “Soçi”nin lehinə penalti təyin edib.

Qeyd edək ki, “Soçi” 52 xalla 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi