Rusiya yığmasının məskunlaşdığı bazada qətl hadisəsi törədilib

Rusiya yığmasının məskunlaşdığı bazada qətl hadisəsi törədilib Ofisiant aşpazı bıçaqlayıb
Futbol
25 İyun , 2018 15:31
Rusiya yığmasının məskunlaşdığı bazada qətl hadisəsi törədilib
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Futbol üzrə Rusiya milli komandasının dünya çempionatı ilə əlaqədar məskunlaşdığı Novoqorsk olimpiya bazasında qətl hadisəsi baş verib.

"Report"un "Moskovskiy Komsomolets"ə istinadən verdiyi məlumata görə, baza ərazisindəki restoranda 28 yaşlı ukraynalı ofisiant 55 yaşlı aşpazı bıçaqlayıb.

Şübhəli şəxs saxlanılıb.

Qeyd edək ki, hazırda Rusiya yığması bu gün Uruqvay yığması ilə keçirəcəyi A qrupunun III tur matçı ilə əlaqədar Samara şəhərindədir. 

Son xəbərlər

Orphus sistemi