Rusiya millisinin sabiq futbolçusu: "Azərbaycandan təklif almışdım"

Rusiya millisinin sabiq futbolçusu: "Azərbaycandan təklif almışdım" Dmitri Bulıkin vətənindən kənarda karyerasının başa vurmaq istəməyib
Futbol
1 Aprel , 2016 09:09
Rusiya millisinin sabiq futbolçusu: Azərbaycandan təklif almışdım

Bakı. 1 aprel. REPORT.AZ/ Rusiya milli komandasının sabiq futbolçusu Dmitriy Bulıkin karyerasını başa vurduğunu açıqlayıb. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, 36 yaşlı hücumçu butslarını mıxdan asmamışdan öncə bir neçə ölkədən təklif aldığını bildirib.

O, siyahıda Azərbaycanın da adının olduğunu deyib: "Qazaxıstan, Azərbaycan və ərəb ölkələrindən təkliflər almışdım. Ancaq mən karyeramı evdən uzaqda başa vurmaq istəmədim".

Qeyd edək ki, Dmitri Bulıkin kareyrası ərzində "Lokomotiv", "Dinamo" (hər ikisi Moskva, Rusiya), "Bayer" (Almaniya), "Anderlext" (Belçika), "Ayaks", "Tvente" (hər ikisi Hollandiya) klublarında çıxış edib. Onun sonuncu komandası Rusiya "Volqa"sı olub.

Son xəbərlər

Orphus sistemi