Rusiya millisinin futbolçusunun əmlakına həbs qoyulub

Rusiya millisinin futbolçusunun əmlakına həbs qoyulub Bakı. 13 oktyabr. REPORT.AZ/ Rusiya millisinin futbolçusu Denis Qluşakov və həyat yoldaşı Darya Qluşakovanın əmlakına həbs qoyulub.
Futbol
13 Oktyabr , 2018 12:53
Rusiya millisinin futbolçusunun əmlakına həbs qoyulub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Rusiya millisinin futbolçusu Denis Qluşakov və həyat yoldaşı Darya Qluşakovanın əmlakına həbs qoyulub.

“Report” “Qovorit Moskva”ya istinadən xəbər verir ki, bu barədə Nikulinski rayon məhkəməsi qərar çıxarıb. Bu tədbir cütlüyün boşanma və birgə əldə edilmiş əmlakın bölünməsi prosesi çərçivəsində qəbul olunub.

Məhkəmə D.Qluşakovanın əmlakla bağlı iddiasını sentyabrın 28-də qəbul edib. Tərəflər arasında ilk söhbət oktyabrın 22-də keçiriləcək. Cütlük 2009-cu ildə evlənib və onların 2 qızı var.

Xatırladaq ki, oktyabrın 12-də “Zenit” və “Krasnodar”ın futbolçuları Aleksandr Kokorinlə Pavel Mamayev həbs olunublar. İdmançılar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin teleaparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi